Modern.az

FHN əməkdaşları tənha və ahıl insanlara ərzaq paylayıb - FOTO

FHN əməkdaşları tənha və ahıl insanlara ərzaq paylayıb - FOTO

Aktual

12 Aprel 2020, 13:20

Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) müxtəlif tədbirlər həyata keçirir.

 

Modern.az-ın  verdiyi məlumata görə, növbəti belə tədbir FHN-in Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonunda həyata keçirilib.

 

 Aprel ayının 11-də Regional Mərkəz əməkdaşları tərəfindən Lənkəran şəhəri və rayonun müxtəlif kəndlərində yaşayan bir sıra ailələrə baş çəkilib, onlara yardım göstərilib. Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.

 

Görüş zamanı nazirliyin əməkdaşları ailələrdə maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.

1 / 7

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV