Modern.az

Koronavirusa görə Azərbaycanda vahid elektron baza yaradılır

Koronavirusa görə Azərbaycanda vahid elektron baza yaradılır

Aktual

13 Aprel 2020, 18:59

Koronavirus pandemiyası səbəbindən yaranmış şəraitdə aidiyyəti dövlət qurumları və dövlət müəssisələri tərəfindən tələb olunan həcmdə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya aidiyyəti qurumların çıxışının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən elektron portalın yaradılması işləri davam etdirilir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, artıq 24 dövlət qurumu üzrə məlumatlar elektron bazaya daxil edilib.

 

Elektron baza iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin mütəmadi məlumatlandırılması imkanı yaradır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...