Modern.az

Karantin rejimini pozan 18 687 nəfər cərimələndi  

Karantin rejimini pozan 18 687 nəfər cərimələndi  

Aktual

14 Aprel 2020, 09:36

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13 aprel saat 00:00-dan 14 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2204 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, ümumilikdə 1 aprel tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV