“Vətəndaşlardan xahiş olunur ki, əgər dövlətdən digər ödənişlər alırlarsa, 190 manat üçün müraciət etməsinlər”.
Modern.az-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev bildirib.
C.Quliyev deyib ki, lüzumsuz müraciətlər birdəfəlik ödəməyə müraciət edən zaman sistemdə donmalara səbəb olur:
“Sistemə müraciətlərin sayı da həddən artıq çox olur. Bizim sistem digər dövlət qurumlarının sistemi ilə inteqrasiya olunduğuna görə burada yükləmələr baş verir. Bu da müraciət edən vətəndaşların narazılığına səbəb olur”.