Modern.az

e-sosial.az portalında qeydiyyatdan keçmişəm, mənə SMS nə vaxt gələcək? - Ən çox verilən sualların CAVABI

e-sosial.az portalında qeydiyyatdan keçmişəm, mənə SMS nə vaxt gələcək? - Ən çox verilən sualların CAVABI

Aktual

14 Aprel 2020, 12:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manatlıq birdəfəlik ödəməni almaq üçün ən çox verilən suallara aydınlıq gətirib.

 

Modern.az həmin sualları və cavablarını təqdim edir:

 

- Həyat yoldaşım xarici vətəndaşdırsa, necə qeydiyyatdan keçməliyəm?

 

- Ər və ya arvaddan biri xarici vətəndaşlığı olan şəxsdirsə və onun müvəqqəti və ya daimi yaşama icazəsi varsa, qeydiyyatdan keçə bilər.

 

- Tələbənin işləməyən yoldaşı birdəfəlik ödəməni ala bilər?

 

- Ər və ya arvaddan biri ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alırsa və ona təqaüd ödənilmirsə, bu zaman müraciət edən ər və ya arvada birdəfəlik ödəmə təyin olunur.

 

- Müraciət zamanı həyat yoldaşımın FİN kodu nə qədər vacibdir?

 

- FİN birdəfəlik ödəmə üçün müraciət zamanı ər və ya arvadın gəlirinin müəyyən edilməsi üçün tələb olunur.

 

- İşsiz şəxsin pay torpağı var, amma Dövlət Aktı atasının adınadır. Ayrı yaşayırlar. Bu halda həmin işsiz qeydiyyatdan keçə bilər?

 

- “Məşğulluq haqqında” Qanuna əsasən, pay torpağı mülkiyyətçiləri məşğul şəxs hesab edildiyi üçün işsiz kimi qeydiyyata alına bilməz.

 

- Mən 1 il öncə işsiz kimi qeydiyyata düşmüşəm. Amma o zaman qeyd etdiyim mobil nömrəmi indi istifadə eləmirəm. Mənə gələcək SMS barədə necə məlumat ala bilərəm?

 

- Telefon nömrəsi dəyişilisə, bu barədə vətəndaş qeydiyyatda olduğu rayon (şəhər) Məşğulluq Mərkəzinə zəng edərək məlumat verməlidir.

 

- e-sosial.az portalında qeydiyyatdan keçmişəm. Mənə SMS nə vaxt gələcək?

 

- e.sosial.az portalında qeydiyyatdan keçdikdən sonra sizin məlumatlar “Məşğulluq” altsistemi üzərindən emal prosesinə daxil olir. Növbəlilik qaydasında aparılan prosesin nəticəsi barədə SMS göndərilir. Birdəfəlik ödəmə təyin olunduqda göndərilən SMS-də ödəmənin haradan əldə edilməsi barədə məlumat verilir.

 

- Qeydiyyatdan keçərkən telefon nömrəmi təsadüfən səhv qeyd etmişəm. Bu halda nə etməliyəm?

 

- Qeydiyyatdan keçərkən telefon nömrəsinin düzgün göstərilməsi vacibdir. Telefon nömrəsi təsadüfən səhv qeyd edildiyi təqdirdə qeydiyyatda olduğunuz rayon Məşğulluq Mərkəzinə zəng edərək, hazırda aktiv istifadə etdiyiniz telefon nömrəsi barədə məlumatda dəqiqləşdirmə apara bilərsiniz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV