Modern.az

Poçta bu SMS-dən sonra gedin - FOTO

Poçta bu SMS-dən sonra gedin - FOTO

Aktual

14 Aprel 2020, 15:36

İşsiz kimi qeydiyyata alınan şəxsə birdəfəlik ödəmə təyin olunduqdan sonra onun üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülür.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

 

Nazirlik rəsmisinin sözlərinə görə, bu barədə ona qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə SMS göndərilir:

 

“İşsiz şəxs mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alır və mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir”.

 

Nazirlik rəsmisi xatırladıb ki, aprelin 9-dan etibarən gündəlik olaraq bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir.

 

Qeyd edək ki, işsiz vətəndaşlara 190 manat birdəfəlik yardım təyin olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV