Modern.az

İstilik mövsümü uzadıla bilər - RƏSMİ

İstilik mövsümü uzadıla bilər - RƏSMİ

Aktual

14 Aprel 2020, 16:05

Qanunvericiliklə aprelin 15-də Azərbaycanda istilik mövsümü başa çatır. Amma hava şəraiti, xüsusilə insanların evdə qalması istilik mövsümünün uzadılmasını zəruri edir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, hazırda istilik mövsümünün uzadılması məsələsi müzakirə edilir:

 

““Azərisitiliktəchizat” aidiyyatı qurumlarla birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları əsasında müvafiq araşdırmalar aparır. Ətraf mühitin temperaturuna uyğun olaraq istilik mövsümünün uzadılıb-uzadılmaması ilə bağlı təhlillər aparılır. Əgər nazirlik havanın temperaturunun aprel ayının sonuna aşağı olacağı barədə bizə məlumat versə, istilik mövsümü uzadıla bilər”.

 

Qurum rəsmisi bildirib ki, müvafiq qərar qəbul olunanda ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabrdan, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabrdan başlanır və 15 aprelədək davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV