Modern.az

BNA Heydər Əliyev Fondunun çağırışına qoşuldu

BNA Heydər Əliyev Fondunun çağırışına qoşuldu

Aktual

15 Aprel 2020, 10:11

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq Bakı Nəqliyyat Agentliyinin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib.

 

Bu barədə BNA-dan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, qanvermə aksiyası həm qan xəstəliklərindən əziyyət çəkən həmin uşaqlara yardım etmək, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədi daşıyıb.

 

Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda təşkil olunan aksiyada Agentliyin mərkəzi aparatının və tabeli qurumlarının əməkdaşları iştirak edib.

 

Qeyd edək ki, sosial məsuliyyət layihələri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin kollektiv bir neçə dəfə belə xeyirxah aksiyaları dəstəkləməyə davam edəcək.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV