Modern.az

Koronavirusa yoluxan kişilərimiz qadınlardan çoxdur - RƏSMİ

Koronavirusa yoluxan kişilərimiz qadınlardan çoxdur - RƏSMİ

Aktual

15 Aprel 2020, 17:20

“Koronavirusla bağlı həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır”.


Modern.az-ın məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


O qeyd edib ki, statistikaya əsasən Azərbaycanda koronavirusa yoluxanlar arasında  aktivlik 50-60, 30-40 yaşlılarda müşahidə edilir:


“Həmçinin 0-9, 80 yaşlı xəstələrimiz də var”.

 

R.Baramlı qeyd edib ki, ölkəmizdə koronavirusa yoluxanlar arasında kişilər üstünlük təşkil edir:

 

“Bu gün labaratoriyalarımız tərəfindən 3661 nəfər  test icra olunub. Bu günə vəfat edən yoxdur. Ümumilikdə 75 min 397 test keçirilib. Bu günə qədər 1250 yoluxma faktı aşkar edilib, onlardan 404 nəfər sağalıb. Hazırda 836 nəfər aktiv xəstə var. Onlardan 8 nəfər reanimasiyadadır ki, həmin xəstələrdən , 6 nəfər süni nəfəs aparatına qoşulub”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV