Modern.az

Koronavirusa yoluxmanın qarşısının alınmasında müsbət tendensiya müşahidə edilir - Ramin Bayramlı  

Koronavirusa yoluxmanın qarşısının alınmasında müsbət tendensiya müşahidə edilir - Ramin Bayramlı  

Aktual

15 Aprel 2020, 17:28

Ölkədə 10 modul tipli xəstəxananın qurulmasına başlanıb.

 

Modern.az-ın məlumatına görə bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramov deyib.

Onun sözlərinə görə, onlardan 6-sı dövlət, 4-ü isə özəl xəstəxanadır:

 

“Hazırda həmin xəstəxanaların tibbi heyətinin hazırlığına başlanıb. Bunun üçün Çin, Türkiyə və digər ölkələrin təcrübəsi öyrənilir. Artıq tibb müəssisələri koronavirusla bağlı dərman və tibbi ləvazimatlarla təmin edilib. Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaranmır”. 

 

R.Bayramlı qeyd edib ki, karantin rejiminin tətbiqilə ölkədə koronavirusa yoluxmanın qarşısının alınmasında müsbət tendensiya müşahidə edilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV