Modern.az

Karantin rejiminin sonlandırılması üçün tədbirlər planı hazırlanır - Ramin Bayramlı

Karantin rejiminin sonlandırılması üçün tədbirlər planı hazırlanır - Ramin Bayramlı

Aktual

15 Aprel 2020, 17:33


“Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planını hazırlayırıq”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı bildirib ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir:

“Karantin rejimi bir sıra məsələlərə, xüsusilə iqtisadi amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.

 

TƏBİB rəsmisi qeyd edib ki, yaxın günlərdə qərarlar ictimaiyyətə təqdim ediləcək.

"20 apreldən etibarən karantin rejimin artırılması üçün müraciət hazırlayırıq. Hazırda statistika araşdırılır".


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV