Modern.az

Məktəblərin açılması müzakirə mövzusu deyil - İbrahim Məmmədov

Məktəblərin açılması müzakirə mövzusu deyil - İbrahim Məmmədov

Aktual

15 Aprel 2020, 17:39

Sabitləşmə davam edə bilərsə istiqamətin müsbətə yönəlməsi deməkdir. 

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, amma bu, virusa qalib gəlmək deyil:

 

“Ola bilər ki, vəziyyət Azərbaycanda yaxşı olar. Amma bu o demək deyil ki, biz karantindən əvvəlki vəziyyətə qayıdaq və dərslər başlansın. Bu, hələ bəlli deyil. Məktəblərin başlanması karantin rejimindən çıxandan sonra ola bilər. Karantin müddətinin  yaxın vatlarda bitməsi və tədrisin bərpa olunması hələ ki müzakirə mövzusu deyil".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV