“Sərhədlərin açılması hamımızı narahat edən məsələdir. Hazırda bunun üzərində iş aprılır”.
Modern.az-ın məlumatına görə bunu Nazirlər Kabintinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
İ.Məmmədov qeyd edib ki, Operativ Qərargah bunun üzərində hər gün düşünür:
“Gediş-gəlişin dayandırılması yoluxmanın nəzarətdən çıxamaması üçün idi. Ona görə də gediş-gəliş kəsilmişdi. Amma indi planlaşdıılır ki, aprelin 20-dən sonra həftədə bütün dünyadan 300-400 nəfər qəbul edək”.
Onun sözlərinə görə, sərnişinlərin daha çox Rusiya və Türkiyədən gəlişi gözlənilir:
“Onlar üçün xüsusi portal hazrlanır. “Evə gedirəm” portalı aprelin 17-dən etibarən qeydiyyata düşməyə başlayacaq. Yəqin ki, aprelin 20-dən sonra Rusiya və Türkiyədən sərnişinləri qəbul edə biləcəyik. Amma həftə ərzində 300-400 sayı aşmamaq şərtilə”.