Modern.az

Operativ Qərargahda karantindən sonra necə yaşamaq məsələsi müzakirə olunur

Operativ Qərargahda karantindən sonra necə yaşamaq məsələsi müzakirə olunur

Aktual

15 Aprel 2020, 17:52

"Yoluxmanın sayının nisbətən azalması tendensiyanın müsbət istiqamətə tərəf getməsinə işarədir. Amma biz hələ də virusa qalib gəlməmişik”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

O qeyd edib ki, karantin rejimindən çıxma ilə bağlı müzakirələr aparılır:

 

"Hansı mərhələdə iqtisadi aktivlik başlayacaq, universitetlər, məktəblər açılacaq, bu, müzakirə olunmaqdadır. Hətta karantin bitəndən sonra necə yaşamaq məsələsi də müzakirə olunur. Zamanı gələndə cavab veriləcək. Bu gün təhsil, tədris nə vaxt bərpa olunacaq barədə demək tezdir”.

 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə karantin rejiminin yumlaşdılması fonunda 1 il müddətinə sağlamlığımız naminə diqqətli olmağımızın vacibliyini vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV