Modern.az

“190 manat vətəndaşlara gəzməyə getmək üçün verilmir” - Nazirlər Kabineti  

“190 manat vətəndaşlara gəzməyə getmək üçün verilmir” - Nazirlər Kabineti  

Aktual

15 Aprel 2020, 17:59

“190 manat vətəndaşlara heç nə etməmək üçün verilən vəsaitdir. Bu, geyim almaq, gəzməyə getmək üçün verilmir”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

 

O qeyd edib ki, karantin müddəti uzadıldığı təqdirdə eyni qaydada həmin şəxslərə yardım veriləcək:

 

“50 min işsiz adam ictimai işlərə cəlb olunaraq, 300 manat veriləcək. 2 gün əvvəlki qərara görə, 190 manat alan şəxslərə həm yardım edilir, həm də övladlarının təhsil haqqı ödəniləcək. Yardım dedikdə təkcə 190 manatı götürmək lazım deyil".

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...