Modern.az

İnsanların banklara getməsini qadağan etmək olmaz - İbrahim Məmmədov

İnsanların banklara getməsini qadağan etmək olmaz - İbrahim Məmmədov

Aktual

15 Aprel 2020, 18:08

“Koronavirus dövründə normalara əməl etmək Daxili İşlər Naziliyinə və digər qurumlara tapşırılıb”.

 

Modern.az-ın məlumatına görə bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov mətbuat konfrasında vətəndaşların bankların, poçtların qarşısında sıx toplaşması ilə bağlı sualı cavablandırarkən deyib.

 

Mətbuat katibi qeyd edib ki, əgər banklarda sıxlıq müşahidə olunursa, insanlar özləri də məsuliyyətli olmalıdırlar:

 

“Mənim müşahidələrimə görə, bank əməkdaşları da məsafə saxlanmasında diqqətlidirlər. İnsanların banklara getməsini qadağan etmək olmaz. Çünki onlar birdəfəlik ödəmələri almaq üçün ora gedirlər. Düşünürəm ki, bu, müvəqqəti xarakterli haldır. Bir daha insanlarımızı diqqətli olmağa, sosial məsafəni saxlamağa çağırırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV