Modern.az

Türkiyədən Azərbaycana 19 həkim gəldi

Türkiyədən Azərbaycana 19 həkim gəldi

Aktual

16 Aprel 2020, 11:27

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə TƏBİB birlikə “COVİD-19”a qarşı REACT-C10 layihəsi həyata keçirəcək. Bunun üçün Türkiyədən Azərbaycana 19 həkim gəlib”.

 

Modern.az-ın məlumatına görə bunu ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

 

O qeyd edib ki, həmin həkimlər Türkiyədə 1 həfətlik təlim keçiblər:

 

“Təlimlər bitdikdən sonra onlar xüsusi təyyarə ilə İzmirdən Azərbaycana gətiriliblər”.

 

H.Harmancı deyib ki, hazırda xəstəxanalar hazırlanır, təlimlər keçirilir:

 

“TƏBİB başda olmaqla. Biz də ÜST olaraq koronavirusla mübarizədə Azərbacana dəstək veririk. Bundan da qürurluyuq”.

 

Qeyd edək ki, Modern.az saytı iki gün öncə Türkiyədən Azərbaycana 19 həkimin gələcəyi barədə məlumat vermişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV