Modern.az

Azərbaycanda həkim çatışmazlığı var? - AÇIQLAMA

Azərbaycanda həkim çatışmazlığı var? - AÇIQLAMA

Aktual

16 Aprel 2020, 11:30

“Ölkəmizdə həkim çatışmazlığından söhbət gedə bilməz”.

Modern.az-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı 19 həkimin Azərbaycana dəvət olunmasının həkim çatışmazlığı ilə bağlılığına aydınlıq gətirərkən bildirib.


O qeyd edib ki, ölkəmizdəki bütün səhiyyə müəssiələrinin həkimləri səfərbər edilib:

“Onlara onlayn təlimlər keçirilir. Türkiyədən Azərbaycana gələn 19 həkim burdakı həkimlərə dəstək və ən ağır sseanriyə hazırlıq üçündür”.

 

ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, həkim çatışmazlığı olsaydı, onu 19 həkimlə qapatmaq mümkün olmazdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV