Modern.az

Azərbaycanda koronavirus testlərinin sayı sürətlə artır - Hande Harmancı

Azərbaycanda koronavirus testlərinin sayı sürətlə artır - Hande Harmancı

Aktual

16 Aprel 2020, 11:54

“Azərbaycan koronavirusa qarşı mübarizə çərçivəsində testlərinin sayını sürətlə artırır. Nə qədər çox test keçirilirsə, bu, bir o qədər yaxşıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin təqdimatında ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

H.Harmancı qeyd edib ki, hazırda Azərbaycanda 18 laboratoriya var:

 

“İki ay ərzində laboratoriyaların sayı 2-dən 18-ə çatdırılıb. Testlərin sayı ilə bərabər keyfiyyətinin artması üçün bu sahədə monitorinqlərin aparılması da önəmlidir. Testlərin nəticəsinin neqativ və ya pozitiv çıxmasında, onun harada keçirilməsinin də önəmi böyükdür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...