Modern.az

TƏBİB-də yeni şöbə yaradıldı

TƏBİB-də yeni şöbə yaradıldı

Aktual

16 Aprel 2020, 12:44

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yeni şöbə yaradılıb.

 

Modern.az xəbər verir ki, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar keçirilən tədbirdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. 

 

R.Bayramlı bildirib ki, bu şöbə xaricdə yaşayan və xaricdə təhsil alan Azərbaycan vətəndaşları olan həkimlərlə bağlıdır: “Xaricdə yaşayan azərbaycanlı həkimlərlə iş şöbəsi artıq fəaliyyətə başlayıb. Əsas məqsəd xaricdə təhsil alan və işləyən gənclərlə əlaqə saxlayıb onların ölkəmizdə və olduğu ölkədə Azərbaycan səhiyyəsinə verə biləcək dəstəyi müəyyən etməkdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV