Modern.az

Goranboyda koronaviruslu xəstə müalicədən niyə imtina edir?

Goranboyda koronaviruslu xəstə müalicədən niyə imtina edir?

Aktual

16 Aprel 2020, 16:29

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlərdə Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronoviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğunu iddia edən şəxsin sosial şəbəkələrdə yaydığı videomaterialla bağlı açıqlama yayıb.

 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, vətəndaşdan 11 və 13 aprel 2020-ci il tarixlərdə koronavirusanalizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub:

 

“Videomaterialda iddia edilir ki, vətəndaşa sms sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügüdən şəxs eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır. Analiz üçün nümunələr götürülən zaman, bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən, həmin şəxslərdən birinin test nəticəsi sms vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib”.

 

Onun sözlərinə görə, vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV