Modern.az

“Həyat tərzimizdə dəyişiklik etməliyik” - Hikmət Hacıyev

“Həyat tərzimizdə dəyişiklik etməliyik” - Hikmət Hacıyev

Aktual

16 Aprel 2020, 17:36

“Vəziyyət stabilləşsə belə, biz karantin rejiminin aradan qaldırılmasını avtomatik olaraq aradan qaldırıb, birdən-birə əvvəlki həyat tərzimizə qayıda bilmərik”. 

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

 

O deyib ki, virusa qarşı vaksin hələ tapılmadığı üçün hər birimiz həyat tərzimizdə dəyişiklik etməliyik:

 

“Xüsusi peyvəndlər müəyyən olunandan və insanlara tətbiq ediləndən sonra biz pandemiyanın bu və ya digər formada başa çatdığını elan edə bilərik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?