“Hazırda prosesin kompleks qiymətləndirilməsi həyata keçirilir. Mövcud vəziyyət qiymətləndirildikdən sonra karantin rejimilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın tə mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Azərbaycanda vəziyyətin stabilləşməsi dünyada vəziyyətin stabilləşməsi demək deyil:
“Karantin rejiminin ləğvi ilə virusun xaricdən ölkəmizə yenidən idxalı mümkün ola bilər. Ona görə də təmkinli olmalıyıq. Həm ölkə daxilində, həm qlobal səviyyədə qiymətləndirilmədən sonra zəruri qərarlar qəbul olunacaq”.