“Xarici ölkələrdə yaşayanlar çarter reyslərlə Azərbaycana gətiriləcək”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O bildirib ki, bu zaman ölkəyə uçuş bileti əlində olanlar, azyaşlı uşağı olan ailələr ilk olaraq nəzərə alınacaq:
“Uçuşlar AZAL və “Buta” vasitəsilə həyata keçiriləcək. May ayı ərzində Azərbaycandan beynəlxalq uçuşların açılması gözlənilmir. Yalnız xüsusi çarter reyslər və beynəlxalq daşımalar həyata keçiriləcək”.
H.Hacıyev həmçinin qeyd edib ki, ölkədaxili uçuşların bərpası da müzakirə olunur:
“Naxçıvandan Bakıya uçuşların həyata keçirilməsinə də baxıla bilər”.