“Rusiyadakı vətəndaşlarımıza portalda həm quru, həm də hava yolu ilə qayıdış təklif olunacaq”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın tə mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O deyib ki, Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız 5 gün ərzində "Evə gedirəm" portalında qeydiyyatdan keçə bilər:
“Daha sonra portalın fəaliyyəti dayandırılacaq və növbəli əsasda vətəndaşlarımızın qayıdışı təmin olunacaq. Bu, sıxlıq yaranmaması üçün edilir. Bundan sonra isə yenidən portalın fəaliyyəti bərpa olunacaq. Hava yolu ilə qayıdışa dair alt sistem barədə də vətəndaşlarımıza məlumat veriləcək”.