Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 16.04.2020-ci il saat 00:00-dan 17 aprel saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (DBYPİ) Modern.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 16 aprel saat 00:00-dan 17 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2543 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 1apreldən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 25402 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.