Bu gün səhər saatlarında Jurnalistlərin binasında elektrik enerjisinin təchizatı dayanıb.
Faktı Modern.az-a təsdiq edən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, kəsintiyə səbəb texniki qəzadır:
"Səbail rayonu ərazisində "Azərişıq"a məxsus yüksəkgərginlikli xətdə texniki qəza baş verib. Nəticədə həmin xətdən qidalanan 3 yarımstansiyada (102,105 və 108 saylı) elektrik enejisi təchizatı dayanıb”.