İcazələr sistemi kölgə iqtisadiyyatına qarşı müsbət təsirini göstərib.
Modern.az-ın məlumatına görə, bunun məlumatı “ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bilirib.
E.Niftəliyev qeyd edib ki, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”i fəaliyyətə başldıqdan sonra "Elektron hökumət" portalının xidmətlərindən biri olan "Əmək müqavilələrinin bildiriş sistemi" vasitəsilə 60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb:
“Əməkdaşlar üçün icazələrin əldə edilməsi üçün təşkilatlar qeyri-rəsmi formada çalışdığı əməkdaşlar ilə rəsmi əmək müqaviləsi bağlamaq məcburiyyətində qalıb. İcazələr sistemi vətəndaşlarımızın sağlamlığını qorumağa xidmət etməklə yanaşı şəffaflığın artırılmasına da müsbət təsirini göstərib!”