Modern.az

Bu günə qədər 865 taksi sürücüsünün fəaliyyətinə icazə verilib - Rəsmi 

Bu günə qədər 865 taksi sürücüsünün fəaliyyətinə icazə verilib - Rəsmi 

Aktual

17 Aprel 2020, 12:29

Bu saata qədər 865 nəfər taksi fəaliyyəti göstərən şəxslə (Bakı şəhərində fəaliyyət göstərən sürücülər istisna) bağlı məlumat "icaze.e-gov.az" portalına yerləşdirilib.

 

Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

 

N.Allahyarova qeyd edib ki, hazırda Xidmətin müfəttişləri regionlardakı "Azərpoçt" MMC-nin mərkəzi poçt filiallarında müraciət edən sürücülərin qeydiyyatını təmin edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?