Modern.az

Azərbaycanda ümumi daxili məhsul 1,1 faiz artıb

Azərbaycanda ümumi daxili məhsul 1,1 faiz artıb

Aktual

17 Aprel 2020, 16:41

2020-ci ilin yanvar-mart aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18321,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalıb.

ÜDM istehsalının 40,2 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 19,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1840,2 manata bərabər olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinə Paşinyandan bir