2020-ci ilin yanvar-mart aylarında bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 162,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.
Qed edilib ki, 2020-ci ilin birinci rübündə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.