Modern.az

Paytaxtda ağır qəza

Paytaxtda ağır qəza

Aktual

20 Aprel 2020, 00:08

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Kazımova Mənzərxanım Məmmədrza qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 3 saylı Şəhər Klinki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi