Modern.az

Birdəfəlik ödəməni almaq üçün evdən İCAZƏSİZ çıxmayın

Birdəfəlik ödəməni almaq üçün evdən İCAZƏSİZ çıxmayın

Aktual

20 Aprel 2020, 20:41

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün birdəfəlik ödəmə (190 manat) vəsaiti köçürülərkən onlara bu barədə SMS göndərilir.

Modern.az-ın məlumatına görə, bu barədə Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatda bildirilib ki, onlar mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almalıdırlar:

"Mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər. Birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada