Modern.az

Yol polisi karantin rejimini pozan 33334 nəfəri cərimələyib

Yol polisi karantin rejimini pozan 33334 nəfəri cərimələyib

Aktual

21 Aprel 2020, 13:18

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 20.04.2020-ci il saat 00:00-dan 21 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1818 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

 

Bildirilib ki, ümumilikdə 1 apreldən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 33334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!