Modern.az

Azərbaycanda 102 764 nəfər koronavirusla bağlı test edildi

Azərbaycanda 102 764 nəfər koronavirusla bağlı test edildi

Aktual

21 Aprel 2020, 22:06

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 4078 nəfər test edilib.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, ümumilikdə indiyədək ölkədə edilən testlərin sayı 102 764-dür.

Ölkədə 44 yeni yoluxma, 1 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada