Avtobus sürücüləri də koronavirus testindən keçirilir.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
R.Əliyeva qeyd edib ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyilə danışıqlar aparılıb və daşıyıcılara müraciət edilib:
“Bir neçə gün ərzində sürücülərin koronavirus testindən keçirilməsi yekunlaşacaq”.
TƏBİB rəsmisi hazırda testdən keçirilənlərin statistikasının hazır olmadığını qeyd edib:
“Çünki testlər gündəlik olaraq davam edir”.