Modern.az

Azərbaycanda 108 221 nəfər COVİD-19 testindən keçib: 1 518 pozitiv nəticə var

Azərbaycanda 108 221 nəfər COVİD-19 testindən keçib: 1 518 pozitiv nəticə var

Aktual

22 Aprel 2020, 21:26

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 5457 nəfər test edilib.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, ümumilikdə indiyədək ölkədə edilən testlərin sayı 108 221-dir.
Bu gün ölkədə 38 yeni yoluxma qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 907 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada