Modern.az

Koronavirusla bağlı uşaqlarda diqqət yetirilməli HALLAR

Koronavirusla bağlı uşaqlarda diqqət yetirilməli HALLAR

Aktual

24 Aprel 2020, 11:42

Uşaqlarla əlaqəli COVID-19 infeksiya hallarının müalicəsi barədə yetərli səviyyədə olan elmi sübutlarla əsaslandırılmış məlumatlar mövcud deyil. Buna görə də uşaqlar üçün COVID-19 müalicə tövsiyələri böyüklər üzərində aparılmış tədqiqatlar əsasında qiymətləndirilməli və xəstə uşağın vəziyyətinə uyğun olaraq planlaşdırılmalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

 

Bildirilib ki, COVID-19 infeksiyasının yayılması-nın başlanğıcından etibarən 22 mart 2020-ci il tarixinə qədər dünyada 0-9 yaş arası uşaq ölümü halı qeydə alınmayəb:

 

“10-19 yaş arasında isə 0,2% tezliyində ölüm halının baş verdiyi bildirilib. Bu rəqəmlər və bu günə qədər paylaşılan məlumatlar qiymətləndirildikdə uşaqlarda klinik mənzərənin daha yüngül gedişli olduğu məlum olur. Bundan əlavə, müalicə qərarı verilərkən uşaqlarda dərmanların mümkün əlavə təsirləri nəzərə alınmalıdır. Bu gün üçün uşaqlıq çağındakı pasiyentin müalicəsi hər bir xəstə baxımından ayrıca qiymətləndirilməli və mümkün ağır xəstəlik hallarında planlaşdırılmalıdır”.

 

TRİAJ

 

- Qızdırma, öskürək və nəfəs almaqda çətinlik çəkən uşaqlar və onların ailələri cərrahi maska taxılaraq xüsusi sahəyə köçürülür.

- Triajda məsul həkimlər və tibb bacıları müvafiq fərdi qoruyucu vasitələr (önlük, tibbi maskalar, eynək/üz qoruyucuları, əlcəklər) geyinərək xəstənin olduğu sahəyə daxil olurlar.

- Həyati göstəricilərə baxılır (nəbzinin tezliyi, ritmi, tənəffüs sayı, qan təzyiqi, bədən temperaturu və qanda oksigenin saturasiyası yoxlanılır).

- Ümumi vəziyyəti qeyri-stabil olan xəstə, simptomatik dəstək (respirator və sirkulyator) təmin edilərək müvafiq bölməyə yerləşdirilir.

- Xəstədən anamnez toplanılır.

- Müayinə aparılır.

 

  1. Epidemioloji xüsusiyyətlər:

 

- Ailə üzvlərinin qiymətləndirilməsi; o Son 14 gün ərzində eyni evdə yaşayan insanlar arasında tənəffüs yolları infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş; o Eyni evdə yaşayan insanlar arasında COVID-19 diaqnozu qoyulmuş; o Eyni evdə yaşayan insanlar arasında qızdırma və öskürəyi olan, yaxud qızdırmalı və ya qızdırmasız tənəffüs çətinliyi şikayətləri olan şəxs olduqda; o COVID-19 diaqnozu qoyulmuş bir şəxs ilə təmas halının yaşanması.

  1. Şikayət və simptomlar;

- Uşağın anamnezində qızdırmanın olması və ya ölçülən bədən temperaturunun 38,00C və ya daha yüksək olması,

- Ağciyər auskultasiyasında əlamətlərin mövcudluğu,

- Taxipnoenin mövcudluğu, o Yeni başlayan öskürəyin olması,

- Otaq havası şəraitində SPO2 < 93%

Aşağıdakı hallarda COVID - 19 PZR testi icra olunur;

- I və II-dən ən azı birinin varlığı

- II-dən ən azı birinin varlığı (hər bir bənd üçün, başqa bir səbəblə əlaqəli olduğunun dəqiq olaraq göstərilə bilinməməsi)

- Təsdiqlənmiş COVID-19 anaların 9 aydan kiçik uşaqları

Laborator və Radioloji müayinələr

- Laborator müayinələr;

- Qan analizləri: Qanın ümumi analizi, sidik cövhəri (urea), kreatinin, natrium, kalium, xlor, AST, ALT, ümumi bilirubin, LDH, KFK, D-dimer, troponin, C-reaktiv zülal səviyyələrinin təyini həkimin vacib bildiyi hallarda tələb oluna bilər. - - Radioloji;

- I və II test kriteriyalarından ən az birinin olduğu təqdirdə, auskultasiyada patoloji dəyişiklik müşahidə olunarsa ağciyərlərin aşağı dozalı KT müayinəsinin icrası tövsiyə olunur. Pasiyentin yaşı və simptomlarının ağırlıq dərəcəsindən asılı olaraq ağciyərlərin rentgenoqrafiyası ilə kifayətlənmək olar

- Tənəffüs sistemi simptomlarının ağciyərlərin rentgenoqrafiyası ilə izahının mümkün olmadığı və ya klinik statusunda pisləşmənin qeydə alındığı xəstələrdə vəziyyətə uyğun qərar verilərək, lazım olduqda ağciyərlərin KT müayinəsi icra edilir.

 

Test nəticəsi müsbət olanlar

 

- COVID-19 üçün ayrılmış xüsusi rejimli tibb müəssisələrinə köçürülür, müvafiq müayinə və müalicə burada davam etdirilir.

-  Simptom və əlamətləri yaxşılaşanlar, aktiv simptomların yoxa çıxmasından 72 saat sonra test olunur. Əgər test nəticəsi neqativ olarsa ən azı 24 saat ara ilə təkrar test götürülür. İki ardıcıl test nəticəsi neqativ olan xəstələr xəstəxanadan evə yazılı. Bu xəstələrə 14 gün ev izolyasiyası tətbiq edilir. Əgər test nəticəsi pozitiv olarsa 7 gün sonra təkrar test götürülür və situasiya təkrarlansa hər 3 gündən bir ardıcıl 2 neqativ (iki neqativ test ən azı 24 saat ara ilə icra olunmalıdır) test alınanadək test təkrarlanır.

- Ağır xəstələr COVID-19 xəstəxanasının reanimasiya və intensiv terapiya şöbələrinə keçirilməlidir.

 

Test nəticəsi mənfi olanlar

 

- Digər tibbi müayinəyə ehtiyacı olan pasiyentlərin müayinə və müalicələri qeyri COVID-19 xəstəxanasında davam etdirilir.

- VəziyYəti ağır olanlardan 24 saatdan sonra təkrar PZR nümunəsi əldə edilir, o İkinci PZR nəticəsi (-) olanların qiymətləndirilməsi aparılan alternativ diaqnoza görə həyata keçirilir. Əgər COVID-19-a şübhə yaranarsa, həmin xəsətənin müayinə və müalicəsi COVID-19 protokoluna uyğun davam etdirilməlidir.

- İkinci PZR nəticəsi (+) olanların müayinə və müalicəsi COVID-19 xəstələri üçün ayrılmış xəstəxanalarda davam etdirilir Tibbi müalicə

- Uşaqlarda dərman preparatlarının mümkün əlavə təsirləri müalicə qərarı verilərkən nəzərə alınmalıdır. COVID-19 45

- İstifadə oluna biləcək dərman preparatlarının dozaları və müddəti Cədvəl 2-də göstərilmişdir.

- Müalicə hər bir xəstə uşaq üçün ayrıca qiymətləndirilməlidir; mümkün ağır pnevmoniyası olan uşaqlar və risk faktoruna malik olan yüngül dərəcəli xəstələrdə medikamentoz müalicə planlaşdırıla bilər (pnevmoniyanın ağırlıq dərəcəsinə uyğun əlamətlər Cədvəl 3 və Cədvəl 4-də göstərilmişdir).

- 6 yaşdan kiçik uşaqlarda hidroksixlorokin sulfatın istifadəsinə icazə verilmir. Əgər istifadə olunacaqsa “Məlumatlandırma-razılıq forması” doldurulmalıdır.

Ağciyər Rentgenoqrafiyası Əlamətləri:

- Ağciyər rentgenoqrafiyasının nəticələri erkən mərhələlərdə normal ola bilər.

- Lakin ağır hallarda birtərəfli və ya ikitərəfli multifokal yamaq tərzində buzlu şüşə görünüşlü bulanıq sahələr və yanaşı konsolidasiya müşahidə edilə bilər.

Döş Qəfəsi KT Zamanı Müşahidə Olunan Əlamətlər:

- Birtərəfli və ya ikitərəfli yamaq şəklində yerləşmiş və ya buzlu şüşə görünüşlü bulanıq sahələr görünür. Periferik və subplevral yerləşmiş sahələr müşahidə oluna bilər.

- Buzlu şüşə əsasən ilk günlərdə müşahidə edilir və sonrakı günlərdə konsolidasiyaya keçə bilər.

- Limfadenopatiya əksərən müşahidə olunmur və plevral effuziya (maye) nadir hallarda müəyyən edilir.

- Ağciyərlərin KT müayinə nəticəsinin normal olması COVID-19-u inkar etməyə kömək edə bilər.

 

Diqqət yetirilməli olan hallar

 

- Taxipnoe (2 aydan kiçik körpələr üçün tənəffüsün tezliyi > 60/ dəq; 2-12 aylıq körpələr üçün >50/ dəq; 1-4 yaşlı uşaqlar üçün >40/ dəq və 5 yaşdan yuxarı uşaqlar üçün >30/ dəq)

- Tənəffüsün çətinləşməsi (döş qəfəsinin içəri dartılması, sianoz, narahatlıq, burun qanadlarının tənəffüsdə iştirakı və taxipnoe);

- Qidalanmada azalma, ağızın selikli qişasında quruluq, sidiyin miqdarının azalması

- 38,5 °C-dən yüksək qızdırma və ya 3-5 gün ərzində davam edən yüksək qızdırma - Vəziyyətin qismən yaxşılaşmasından sonra simptomların yenidən başlaması Risk faktorlarına sahib olan uşaqlar

- Anamnezdə immun çatışmazlığın olması və ya immunosupressiv dərman qəbulunun olması

- Xroniki xəstəliklər (diabet, böyrək xəstəliyi, ürək xəstəliyi, xroniki ağciyər xəstəliyi, hematoloji xəstəliklər və metabolik pozğunluqlar).

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada