Modern.az

Azərbaycan karantin rejimindən mərhələli çıxış planı hazırlayır

Azərbaycan karantin rejimindən mərhələli çıxış planı hazırlayır

Aktual

24 Aprel 2020, 15:37

“Azərbaycanda xüsusi karantin rejimindən mərhələli çıxış planı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun hazırlanır. Amma arxayınlaşaq və tətbiq edilən tədbirləri azaltmaq tezdir”. 


Modern.az
-ın məlumatına görə, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

 

H.Harmancı qeyd edib ki, bir müddət pandemiyadan əvvəlki vəziyyətə geri qayıda bilməyəcəyik:

“Evdə qalmaq və sosial məsafəni gözləmək lazımdır. Azərbaycan hökuməti mayın 5-dən etibarən xüsusi karantin rejiminin yumşaldılmasının üzərində çalışır. Biz də əlimizdən gələn qədəri ilə dəstək olmağa çalışırıq”.

O, Azərbaycan xalqına təşəkkür edib:

“Təşəkkür edirəm ki, çətin dövrdə hökumətə dəstək olur, tövsiyələrə əməl edir. İndi bizim daha çox həmrəy olmağa ehtiyacımız var”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada