“Tibbi maska istehsalı müəssisinin açılışı ilə ölkədə tibbi maska qıtlığı aradan qalxmaqdadır”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramil Bayramlı bildirib.
R.Bayramlı qeyd edib ki, ölkə başçısının iştirakı ilə açılışı edilən bu müəssisə tez bir zamanda ölkənin tibbi maska ilə təminatında mühüm rol oynayır.