Modern.az

Karantin rejimi nə zamana kimi uzadılacaq? - TƏBİB-dən AÇIQLAMA

Karantin rejimi nə zamana kimi uzadılacaq? - TƏBİB-dən AÇIQLAMA

Aktual

24 Aprel 2020, 19:32

“Sosial-iqtisadi amillər sərt karantin rejiminin uzun müddət uzadılmasına imkan verə bilməz”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi  Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri sədri Ramil Bayramlı bildirib.

 

R.Bayramlı qeyd edib ki, Avstriya, Almaniya və bir sıra dövlətlər sərt təcrid rejimindən çıxmağa qərar veriblər:

“Xüsusi karantin rejiminin nəzarət altında tədricən aradan qaldırılması zəruridir. Bu sahədə hər kəsi milli həmrəyliyə dəvət edirik. Karantin rejiminin aradan qaldırılması ilə yoluxmanın ikinci dalğasının baş verməsi ehtimalı var. Ən böyük təhlükələr qarşıda ola bilər. Tədqiqatçıların fikrini izləyirik. Vaksinasiya probleminin yaxın 1 il ərzində həll olunması  sual altındadır. Yoluxmanın nəzarət altında saxlanılması həyati vacib məsələdir. Azərbaycan əhalisi buna milli təhlükəsizlik məsələsi kimi baxmalıdır".

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada