“Televizya kanallarında, ictimai nəqliyyatda koronavirusa qarşı mübarizə ilə bağlı təbliğat işləri aparılmalı, dayandırılmamalıdır”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı qeyd edib ki, mart ayında hava nəqliyyatı ilə xarici ölkələrdən 10 mindən çox vətəndaş ölkəyə gətirilib:
“Operativ Qərargah may ayında xarici ölkələrlə hava əlaqələrinin bərpa olunmayacağını açıqlayıb. Bu yaxınlarda Rusiyadan gələn 548 nəfər arasında koronavirusa yoluxma halları aşkarlanıb. Biz mütləq xaricdən gələn vətəndaşlar üçün karantin rejimini tətbiq etməliyik”.