"Azərbaycanda hələ də epidemioloji gərginlik müşahidə olunur".
Modern.az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında bildirib.
V.Qasımov qeyd edib ki, testlərin nəticəsi son iki həftə ərzində sağalan şəxslərin sayındakı artımda özünü göstərir: "Bu günə qədər 64 % xəstə sağalıb. Karantin rejiminin tətbiqi vəziyyəti nəzarət altında saxlamağa imkan verib. Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkar edilməsi nəticəsində baş verib".
Səhiyyə nazirinin müavini deyib ki, karantin tədbirləri yumşalan zaman hansısa zonada yoluxma artarsa, bu halda yenə də karantin rejimi sərtləşdirilə bilər:
“Bəzi regionlarımız artıq bu xəsəlikdən təmizlənib. Xəstəlik qeydə alınmış rayonların 25 faizində artıq fəal ocaqlar ləğv edilib. Bu da birgə səy nəticəsində baş verib”.