Modern.az

Prezidentdən 30 milyonluq SƏRƏNCAM

Prezidentdən 30 milyonluq SƏRƏNCAM

Aktual

27 Aprel 2020, 11:40

Prezident İlham Əliyev Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada