Modern.az

İntensiv yağış yağacaq, dolu düşəcək - Nazirlikdən XƏBƏRDARLIQ  

İntensiv yağış yağacaq, dolu düşəcək - Nazirlikdən XƏBƏRDARLIQ  

Aktual

27 Aprel 2020, 14:18

Ölkə ərazisində hava şəraiti pisləşəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 28-i gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 

 

Aprelin 28-i gündüzdən 29-u səhərədək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.  Çaylarda sululuğun artacağı ehtimal olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada