Modern.az

Gözəllik salonları, bərbərxanalar bu gündən İŞLƏYƏCƏK

Gözəllik salonları, bərbərxanalar bu gündən İŞLƏYƏCƏK

Aktual

4 May 2020, 00:12

Bu gündən bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.


Qeyd edilib ki, Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılsa da, sözügedən fəaliyyət sahələri ölkə üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən bərpa olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV