Modern.az

SMS icazəsi bu ərazilər üçün LƏĞV EDİLMİR - SİYAHI

SMS icazəsi bu ərazilər üçün LƏĞV EDİLMİR - SİYAHI

Aktual

4 May 2020, 00:24

4 maydan bəzi şəhər və rayonlarda yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi qərarda qeyd olunub ki, SMS icazəsi və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən ləğv edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV