Modern.az

50 minə yaxın şəxs karantin qaydalarını pozub - RƏSMİ

50 minə yaxın şəxs karantin qaydalarını pozub - RƏSMİ

Aktual

4 May 2020, 09:45

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 3 may saat 00:00-dan 4 may saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Modern.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 3 may saat 00:00-dan 4 may saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə 1 apreldən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV