Modern.az

Koronavirusa yoluxan polislərdən yeni XƏBƏR var

Koronavirusa yoluxan polislərdən yeni XƏBƏR var

Aktual

4 May 2020, 14:55

“Koronavirusa yoluxan polis əməkdaşlarının bəziləri evə buraxılıb”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.


E.Zahidov qeyd edib ki, digərlərinin xüsusi rejimli xəstəxanlardan müalicələri davam etdirilir:


“Onların səhhəti qənaətbəxşdir, müalicələri davam etdirilir. Ağır vəziyyətdə olan polis əməkdaşımız yoxdur”.

 
Qeyd edək ki, bir müddət əvvəl dəqiq say açıqlamasa da, E.Zahidov Modern.az-a bir neçə polis əməkdaşının koronavirusa yoluxduğu barədə məlumat vermişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!