Modern.az

“BakıKart”a onlayn ödəniş nə zaman mümkün olacaq?

“BakıKart”a onlayn ödəniş nə zaman mümkün olacaq?

Aktual

4 May 2020, 17:34

Bakıda sərnişin avtobuslarında istifadə edilən “BakıKart”ın onlayn ödənilməsi ilə bağlı işlər aparılır.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

 

Onun sözlərinə görə, hazırda bununla bağlı işlər görülür:

 

"Biz planlaşdırmışıq ki, Bakıda bütün sərnişin avtobusları kart sisteminə keçəndən sonra bu məsələ reallaşacaq. Hazırda avtobusların kartla ödənişə keçməsi ilə bağlı iş gedir".

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...